İqtisadiyyat

Şəki Rayon Psixiatriya Xəstəxanasına 1 aylıq mühafizəçi alınır – 20 min manata

Şəki Rayon Psixiatriya Xəstəxanasının “Mühafizə xidmətlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, tenderin qalibi “TİİM” MMC olub. Tərəflər arasında 19.900,23 AZN-lik müqavilə imzanacağı gözlənilir.

Müsabiqəyə əsasən 1 ay ərzində xəstəxana binalarının və ərazisinin mühafizə olunmalıdır. (Zəruriyyət yarandığı üçün 3 post stasionar 1 post patrul 24 saat (xidmət olmaq şərti ilə))

Xatırladaq ki, bu ilin aprel ayında Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Bənzər yazılar

Back to top button