Cəmiyyət

Yaxın iki gündə havanın kəskin soyuyacağı gözlənilir

Dekabrın 12-14-də Bakıda və Abşeronda temperaturun kəskin aşağı düşəcəyi və intensiv yağıntı gözlənilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Həmin müddətdə şimal-şərq küləyinin gücü saniyədə 15-18 metrə çatacaq. Havanın temperaturu 3-5 dərəcə enəcək, gecə müsbət 3+6, gündüz müsbət 6+ 9 dərəcə olacaq.

Ölkə rayonlarında da intensiv yağıntı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Şərq küləyinin gücü saniyədə 15-20 metrə çatacaq.

Havanın temperaturu 3-6 dərəcə enəcək, aran rayonlarında gecə müsbət 1 +6, gündüz müsbət 11 dərəcə olacaq.

Dağlarda gecə mənfi 5-10, gündüz 0-5 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button