İdman

Tarixi müqavilə: Yapon idmançı Messini geridə qoydu

Yapon beysbolçusu Sehey Otani idman tarixində ən yüksək məbləğdə müqaviləyə imza atıb.

Fanat.az xəbər verir ki, bu barədə ABŞ və Kanadanın Peşəkar İdman Beysbol Liqasının rəsmi saytı (MLB) məlumat yayıb.

Mənbənin məlumatına görə, asiyalı idmançı Amerikanın “Los Angeles Dodgers” klubu ilə uzunmüddətli anlaşma əldə edib. O, 10 il ərzində 700 milyon dollar qazanacaq.

Beləliklə, o, əvvəlki rekordçu – vaxtilə 674 milyon dollara müqavilə bağlamış Lionel Messini keçib.

Beləliklə, 29 yaşlı Otani ulduz futbolçu Lionel Messinin vaxtilə “Barselona” ilə müqaviləsinin məbləğini keçib. Argentinalı 2017-ci ildə 674 milyon dollarlıq müqavilə imzalamışdı.

Yaponiyalı idmançı indi həm də Amerika beysbolunda indi ən ödənişli oyunçudur. O, 4 il əvvəl “Angel”lə 12 illik 426,5 milyon dollarlıq müqavilə imzalayan Mayk Trotu ötüb.

Bənzər yazılar

Back to top button