İdman

“Mançester Siti”dən gözlənilməz transfer: 2.5 milyon avro

Son illər böyük məbləğli transferlərini eşitməyə alışdığımız “Mançester Siti” bu dəfə 2,5 milyon avroluq transferlə diqqəti çəkib.

Fanat.Az xəbər verir ki, “şəhərlilər” Hollandiyanın “Zvolle” klubundan Filipp Sandleri heyətinə qatıb. Pep Qvardiolanın komandası mərkəz müdafiəçisi üçün 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı Sandler “Ayaks”ın yetirməsidi. O, ötən mövsüm “Zvolle”nin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qola imza atıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button