Hadisə

Azərbaycanda 6 yaşlı oğlan qızılcadan vəfat edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Turan-ın sorğusuna cavabında məlumatı təsdiq edib.

Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlı oğlan Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub. Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb.

“Fevralın 8-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”, deyə TƏBİB-in cavabında qeyd edilir.

Məlumatda həmçinin xəstənin qızılcaya görə peyvənd olunmadığı deyilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button