Hadisə

Bakı çimərliyində 5 milyon yarıma hotel satılır – FOTO

Azərbaycanda hotel satışa çıxarılıb.

Ölkə.az-ın məlumatına görə, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km ünvanında yerləşən iki hissədən ibarət olan “Mavi dalğa” hoteli satılır.

Şıx çimərliyinə çıxışı, həmçinin bağlı və açıq restoranı olan hotel 2,5 hektar sahədə yerləşir.
Ərazidə 46 nömrədən ibarət mehmanxana, 300 nəfərlik yeməkxana və yaşıllıq zonası yerləşir. Həmçinin ərazinin öz çimərliyi var. Mehmanxana binası, inzibati bina kimi də istifadə oluna bilər.
Ərazidə bütün kommunikasiyalar mövcuddur. Əlavə olaraq, ərazidə su çəni və elektrik transformatorlar var.

Çıxarışı olduğu deyilən ərazi 5 milyon 400 min manata satışa çıxarılıb.

Qeyd edək ki, hotel 2002-ci ilin fevralında MMC kimi qeydiyyatdan keçib və qanuni təmsilçisi Tamirlan İbrahimovdur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button