Hadisə

Baş Nazirin imzaladığı qərar Abdin Fərzəliyevi çətin duruma salıb – FOTO

Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının 30-da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləməsindən sonra Bakı və Abşeron rayonunda aparılan qanunsuz tikililərin taleyini sual altına alıb.

Qanunun imzalanmasında ay yarım keçməsinə baxmayaraq, Bakı və Abşeronda xeyli sayda tikintilərin dayandırılıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə Bakı şəhərinin yeni Baş Planına əsasən Bakı-Sumqayıt magistralının kənarlarında olan qanunsuz obyektlər söküləcək.

Əldə etdiyimiz məlumata görə sökülməsi planlaşdırılan obyektlərdən biri də uzun müddətdir mediada ciddi müzakirə olunan, fərdi ev adı altında Xırdalan dairəsində inşa edilən ticarət mərkəzidir.

Sözügedən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.

Şəhid plakatının arxasında inşa edilən ticarət obyektinin rəsmi sənədlərdə sahibi Fərzəliyev Bəhruz İsfəndiyar oğludur.

Lakin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz tikiliyə göz yummasında məlum olur ki, bu obyektin əsl sahibi heç də rəsmi sənədlərdə göstərilən şəxs deyil.

Əldə etdiyimiz məlumata görə son tamamlama işləri gedən obyektdə bir neçə gündür işlərin dayandırıldığı bildirilir.

Məlumata görə işlərin saxlanmasına səbəb Bakı şəhərinin yeni Baş Planı ilə əlaqədardır.

Məsələni diqqətdə saxlayacağıq.

Bənzər yazılar

Back to top button