GündəmSiyasət

Araik Arutyunyan istefa verdi

Separatçıların lideri Araik Arutyunyanın “prezident” postundan istefa verəcəyilə bağlı xəbərlər təsdiqlənib.

“Sabah istefa ərizəmi təqdim edəcəyəm. Bu, bütün xarici və daxili oyunçularla və geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq iki gün öncə verdiyim son qərardır” , – Arutyunyan Facebook – da yazıb. O deyib ki, ailəsilə birlikdə Dağlıq Qarabağda yaşamağa davam edəcək.

O həmçinin bildirib ki, Qurgen Nersisyanı “dövlət naziri” postundan azad edib və onun yerinə Samvel Şahramanyanı təyin edib.

Beləliklə, Qarabağın “prezidenti” postu vakant qalıb.(Turan)

Bənzər yazılar

Back to top button