Dünya

Akşener İYİ Partiya sədrliyindən gedir – 4 namizəd var

İYİ Partiya sədri Meral Akşener aprelin 27-də keçiriləcək növbədənkənar qurultayda namizəd olmayacağını açıqlayıb.

TRT xəbər verir ki, bu barədə Akşener yazılı açıqlamasında bildirib.

“Bu kontekstdə seçkilərin hesabatını aparacağımız və 2028-ci ilə qədər marşrutumuzu müəyyən edəcəyimiz növbədənkənar seçkili qurultayımızda sədrliyə namizəd olmayacağımı bəyan edirəm”, – Akşener bildirib.

Digər tərəfdən, İYİ Partiyanın sədr müavini Mehmet Tolga Akalın, İYİ Partiya TBMM Qrup sədri və Ankara Millət vəkili Koray Aydın, İYİ Partiya TBMM Qrup sədri və İzmir Millət vəkili Müsavat Dərvişoğlu sədrliyə namizəd olduğunu açıqlayıb. Beləliklə, təsdiq edilmiş namizədlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, martın 31-də keçirilən yerli seçkilərdə istədiyi uğuru əldə edə bilməyən İYİ Partiyanın səsləri bütün Türkiyə üzrə 3 faizdən aşağı düşüb. Bununla bağlı İYİ Partiya sədri Meral Akşener və heyəti tənqid hədəfinə çevrilib.

Xatırladaq ki, M.Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyanın sədri seçilib. Müxalif siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.

Bənzər yazılar

Back to top button