Hadisə

Abdin Fərzəliyevin nümayəndəsi Elmar Abbasov tikintiyə icazə verdi

Abşeron rayon Məmmədli kənd sakinləri 4 saatdan çoxdur işıqsız qalıb.

32gun.az-a daxil olan məlumata görə, buna səbəb Abşeron Rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyevin nümayəndəsi Elmar Abbasovun icazəsi ilə kənddə aparılan tikinti səbəb olub.

Belə ki, qazıntı işləri aparılan zaman traktor elektrik naqilləri, transformatora gedən kabelləri qoparıb.

Qəsəbənin ən böyük küçələri işıqsız qalıb. Hadisə bu gün saat 18:00 radələrində olub.

“Azərışıq” ASC əməkdaşları hazırda qəzanı aradan qaldırıb, elektrik enerjisinin verilməsini tam bərpa edə bilməyiblər.

Bənzər yazılar

Back to top button