Hadisə

Ramiz Mehdiyevin gəlini DİM-i məhkəməyə verib?

Dövlət İmtahan Mərkəzi (DİM) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Mehdizadə Nigar İsmayıl qızıdır.

İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Nigar Mehdizadənin verdiyi bildirilir.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

İddiaçının ad, soyad və ata adı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinin ad, soyad və ata adı ilə üst-üstə düşür. Bəzi iddialara görə, iddiaçı elə Ramiz Mehdiyevin gəlinidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button