İdman

“Barselona” alman məşqçi ilə danışıqları bərpa etdi – Xavi gedir?

“Barselona” “Bayern Münhen”in keçmiş baş məşqçisi Hans-Diter Fliklə danışıqları bərpa edib.

Fanat.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubunun idman direktoru Deko alman mütəxəssislə mümkün əməkdaşlığı müzakirə edir. Tərəflər hələki danışıqların gedişindən razıdırlar.

Gələn həftə “Blauqrana”nın prezidenti Joan Laporta baş məşqçi Xavi Ernandeslə görüşəcək. Tərəflər işbirliyinin davam edəcəyini mətbuata bildirmələrinə baxmayaraq, ayrılıq baş tuta bilər. Buna səbəb Xavinin son günlər klubun maliyyə durumunun yeni transferlər reallaşdırmağa imkan verməməsi barədə açıqlamaları göstərilir.

Bənzər yazılar

Back to top button