Hadisə

Bu deputatın qardaşının şirkəti məhkəməyə verildi

“Absheron City” MTK məhkəməlik olub.

33gun.az xəbər verir ki, Vaqif Əsədov Mehralı oğlu adlı şəxs sözügedən MTK ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Hazırda hakim Mirnəsir Mirnəsirlinin icraatında olan məhkəmə işinin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi ilə bağlıdır.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan ABSHERON CİTY” MTK-nin qanuni təmsilçisi Şahin Mirkişili Famil oğludur.

Şahin Mirkişili Millət vəkili Tahir Mirkişinin qardaşıdır.

Şirkətin bu ilin yanvar ayında yarım milyondan çox (592357 AZN) vergi borcu olması barədə xəbər vermişdik.

Hazırda MTK-nın vergi borcu 200 min çamatdan çoxdur.

Bənzər yazılar

Back to top button