İdman

“Anam bilirsə, ondan soruşun, mən bilmirəm” – Mbappedən “Real”la bağlı ikibaşlı cavab

Fransalı hücumçu Kilian Mbappe gələcək klubu ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, ulduz forvard “Get Spanish Football News” nəşrinin əməkdaşı ilə bu barədə qısa söhbətləşib.

O, jurnalistin “Anan dedi ki, hara getdiyini hamı bilir” sualına belə cavab verib: “Bilirsə, ondan soruş, çünki mən bilmirəm (gülür)” “Real Madrid”ə keçirəm? PSJ-dən gedirəm. Hazırda dəqiq olan və bilə biləcəyiniz yeganə şey budur”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır və futbolçu müqaviləni yeniləmək niyyətində deyil. Hücumçunun “Real Madrid”lə illik 15 milyon avro maaş qarşılığında 5 illik müddətə müqavilə imzalayacağı bildirilir.

Bənzər yazılar

Back to top button