Hadisə

Xüsusi notarius Daxil Kərimovun hakimlik iddiası və digər əməlləri

Ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar.

Bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Ölkə mediasında yer alan iddialara əsasən cumhuriyyet.az bilidirir ki, belə notariuslardan biri də Nərimanovdakı 21 saylı notariat kantoru və onun rəhbəri- xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Daxil Kərimov əvvələr Şirvan şəhərində notarius vəzifəsində çalışıb. Media üzərində araşdırma apardıqda Daxil müəllim haqqında xeyli nöqsanlara rast gəldik. Vətəndaşlardan biri iddia edir ki, onun xəbəri olmadan qızının evini banka girov qoyublar. Ev sahibinin qaynı saxta sənəd düzəldərək Daxil Kərimova təsdiq etdirib. Evi banka girov qoyaraq böyük məbləğdə kredit götürüb amma ev sahibinin bu cinayət əməlindən xəbəri olmayıb.

Daxil Kərimov isə deyir mənim heç bir günahım yoxdur, adamdan soruşan lazımdır bu saxta sənədi təsdiq edəndə bilmirdin cinayət əməldir?

Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb. Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb, təbii ki özünü yuxarı hesab edən şəxs iki uşağın bir ananın faciəsinə və gözüyaşlı qalmasına səbəb olmazdı.

Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır?

Yerli mediada çap olunan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir. Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur. Məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Prezidentin köməkçisi Kərəm Həsənovdan istifadə edərək, saxta eytibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaqmı?

Bənzər yazılar

Back to top button