ManşetSiyasət

O’Brayenin Yerevana səfəri: “ABŞ Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxın olan Ermənistanı dəstəkləyi”

Yerevanda Ermənistan-ABŞ Strateji Dialoqunun iclası keçirilir. İclasda çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayen Ermənistanın korrupsiyaya qarşı mübarizə, demokratik inkişaf və qanunun aliliyi istiqamətində atdığı addımları alqışlayıb.

“Biz həmçinin möhkəm sülhün bərqərar olunması səylərini dəstəkləyirik və Mərkəzi Asiyadan Aralıq Dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində işləyirik. Ermənistan və Azərbaycan arasında möhkəm sülh olsa, bu imkanlar daha da geniş olacaq”, deyə O’Brayen qeyd edib.

“Bu gün ölkələrimiz gömrük sahəsində məlumat mübadiləsi haqqında saziş imzalayacaqlar, bu, yaxın illərdə ticarət üçün imkanlar yaradacaq və biznes üçün ticarəti asanlaşdıracaq. Bu, Brüsseldə verdiyimiz vədlərin bir hissəsidir”, deyə ABŞ dövlət katibinin müavini bildirib.

“Biz məhkəmə islahatı sahəsində işləri davam etdirəcəyik. Biz həmçinin müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Ötən il bizim ilk birgə hərbi təlimlərimiz keçirilib, daha çox təlim keçiriləcəyini gözləyirik. Kibertəhlükəsizlik, sərhədlər, energetika, ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığa ümid edirik. Biz Ermənistanı dəstəkləməyə hazırıq. Bizim planımız bu Strateji Dialoqu strateji tərəfdaşlıq komissiyası ilə əvəz etməkdir, bu da əməkdaşlığı daha da dərinləşdirməyə imkan verəcək”, deyə o qeyd edib.

Bir gün əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan O’Brayenlə görüşün gedişatı haqqında demişdi ki, “Ermənistan Azərbaycanla münasibətlərin normallaşması və Alma-Atı Bəyannaməsi əsasında hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında dövlət sərhədinin demarkasiyası prosesinə sadiqdir. Sülh müqaviləsi layihəsinin hazırlanıb tamamlanması üçün real imkan, tarixi fürsət var, onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı açacaq”, deyə Mirzoyan bildirib.

O, həmçinin əlavə edib ki, Ermənistan suverenlik, yurisdiksiyaya tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün regional kommunikasiyaların açılmasında çox maraqlıdır.(Turan)

Bənzər yazılar

Back to top button