Hadisə

Xocalıda çox sayda döyüş sursatı və artilleriya mərmisi aşkar edilib

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan Silahlı Qüvvələrinə və qanunsuz erməni silahlı birləşmələrinə məxsus xeyli sayda döyüş sursatı və artilleriya mərmisi aşkar edilib. Bu barədə bu gün Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmiləri müsadirə edib.

“Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button