Siyasət

Siyavuş Novruzov və Sevinc Hüseynova deputatlığa namizəd olmayacaqlar

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.

Bu barədə “Report” məlumat yayıb.

Bildirilib ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı partiyadakı mənbə də mətbuat orqanına təsdiqləyib.

Bənzər yazılar

Back to top button