İqtisadiyyat

“Referans” klinikasına bağlı daha bir şirkət ləğv olundu – 2 ay əvvəl açılmışdı

“Referans Lənkəran Hospital” MMC (VÖEN – 2604781161) ləğv olunduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Lənkəran rayonu, Zərifə Əliyeva küçəsi, ev 112, mənzil 1 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, “Referans Lənkəran Hospital” MMC 27 may 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan tibb mərkəzinin qanuni təmsilçisi Mirzəyev Aqil Əlövsət oğludur.

Məlumat üçün onu da bildirək ki, Aqil Mirzəyev nizamnamə kapitalı 100 manat olan başqa bir şirkətin – “Referans Klinik Labaratoriya və Poliklinika Mərkəzi” MMC-nin də qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Aqil Mirzəyevin qanuni təmsişçisi olduğu daha bir MMC –“Mərdəkan Tibb Mərkəzi” də (VÖEN – 1203382641) ləğv olunduğunu elan edib. “Mərdəkan Tibb Mərkəzi” MMC isə 5 iyun 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Bu MMC-nin də nizamnamə kapitalı 100 manat olub.

Bənzər yazılar

Back to top button