GündəmSiyasət

İlham Əliyev “ŞƏT+” sammitində iştirak edir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak etmək üçün Astanaya gəlib.

“ŞƏT+” formatında keçirilməsi planlaşdırılan sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

ŞƏT 2001-ci ildə Şanxayda Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilib. Hazırda ŞƏT-ə 9 üzv ölkə (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran) daxildir, daha 3 ölkə (Əfqanıstan, Monqolustan, Belarus) müşahidəçi statusuna malikdir. Bundan başqa, 14 ölkə, o cümlədən Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka dialoq üzrə tərəfdaş statusuna malikdir.

Qeyd edək ki, bu, Azərbaycan dövlət başçısının ŞƏT sammitində ikinci iştirakıdır.

Daha əvvəl Əliyev 16 sentyabr 2022-ci ildə Səmərqənddə ŞƏT-in zirvə toplantısında iştirak edib.

Bənzər yazılar

Back to top button