Dünya

Ermənistan SQ-nin çavuşu Azərbaycanın xeyrinə casusluğa görə həbs olunub

İyunun 26-da Ermənistanın İstintaq Komitəsi Ermənistan SQ-nin müqavilə əsasında xidmətdə olan 43 yaşlı çavuşunun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti adı açıqlanmayan kiçik çavuşun 2023-cü ilin yanvarında Azərbaycan kəşfiyyatı tərəfindən “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə cəlb olunduğunu bildirib.

“Azərbaycan xüsusi xidmətinin nümayəndəsi ilə uzunmüddətli sevgi-məhəbbət söhbətlərindən sonra erməni hərbiçi ilə yaxın münasibətlər qurulub və o, əməkdaşlığa cəlb olunub.

Bundan sonra 43 yaşlı hərbiçi cinsi marağı ilə əlaqədar və ünsiyyəti davam etdirmək üçün 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına qədər öz bölməsinin silahlarının sayı və növü, döyüş mövqelərinin yeri haqqında məlumatları, komanda heyətinin şəxsi məlumatlarını və s. yığıb və qarşı tərəfə ötürüb”, deyə məlumatda bildirilir.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İstintaq Komitəsinə cinayət işi açılması haqqında vəsatət təqdim edib. İyulun 2-də 43 yaşlı çavuş məhkəmə tərəfindən həbs olunub və etirafedici ifadə verib, deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi dövründə və müharibə başa çatdıqdan sonra 50-dən çox erməni hərbiçi, o cümlədən Müdafiə Nazirliyinin baş zabitləri və hərbi birləşmələrin komandirləri Azərbaycan kəşfiyyatı üçün casusluğa görə həbs olunub.

Bənzər yazılar

Back to top button