ManşetSiyasət

İlham Əliyevlə Putinin sabah danışıqları planlaşdırılır

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin rəsmi açılışından əvvəl Astanada bir sıra ikitərəfli görüşlər keçirəcək.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Bildirilir ki, iyulun 3-də, protokol tədbirlərinin başlanmasından bir gün əvvəl Rusiya liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları planlaşdırılır.

Bundan əlavə, Monqolustan və Türkiyə Prezidentləri Uxnaaqiyn Xurelsux, Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının sədri Si Cinpin, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılır.

Qeyd edilir ki, Ərdoğanla görüşdə liderlər Putinin Türkiyəyə gözlənilən səfərini müzakirə edə bilərlər.

Bənzər yazılar

Back to top button