İdman

Türkiyə səfiri Demirala görə Almaniya XİN-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə millisinin futbolçusu Merih Demiralın Avropa çempionatında Avstriya yığmasına vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsi ilə bağlı Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şeni çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Türkiyənin Almaniyadakı səfiri hadisəni müzakirə etmək üçün iyulun 4-də Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Digər tərəfdən, iyulun 3-də Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də Almaniyanın Ankaradakı səfiri Yurgen Şultsu UEFA-nın “bozqurd” işarəsi göstərən türk futbolçuya qarşı başladığı intizam araşdırmasına görə çağırıb. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi UEFA (Avropa Futbol Assosiasiyaları İttifaqı) tərəfindən aparılan bu araşdırmanın yolverilməz olduğunu bəyan edib və Almaniya hakimiyyətinin buna münasibətini “siyasi motivli” və “ksenofobiya” adlandırıb.

Qeyd edək ki, iyulun 3-də Türkiyə yığması Avropa çempionatının 1/8 finalında Avstriya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Demiral bu oyunda dubla imza atıb və ikinci qoldan sonra futbolçu sevincini “bozqurd” işarəsi ilə nümayiş etdirib. UEFA Türkiyə milisinin müdafiəçisi Merih Demirala qarşı “bozqurd” işarəsi ilə bağlı araşdırmaya başlayıb.

Bənzər yazılar

Back to top button