İdman

Almaniya polisi hərəkətə keçdi: Avro-2024-də yaşanan qalmaqala görə

Frankfurt polisi AVRO-2024-ün 1/8 final mərhələsində stüardların Portuqaliya – Sloveniya matçının azarkeşini döydüyünü əks etdirən video yayıldıqdan sonra araşdırma aparır.

Aut.az xəbər verir ki, Frankfurt polisinin sözçüsü Binto Londa “Reuters” agentliyinə açıqlamasında “Biz videodan xəbərdarıq və iddia edilən hadisə ilə bağlı işi araşdırırıq”, – deyə bildirib.

Hadisə əlavə vaxtda Sloveniyaya penalti təyin edildikdən sonra baş verib. Bir neçə asayiş keşikçisi həmin şəxsi tutaraq tribunanın girişinin yaxınlığında təpik və yumruqla vurub.

Bənzər yazılar

Back to top button