Mədəniyyət

Kino Agentliyi bu sayta 50 min manat ayırdı

“Azərbaycan Respublikasının Kino Agentliyi” ilə Gənc Film İstehsalçıları Assosiasiyası arasında satınalma müqaviləsi imzalanıb.

Yeniavaz.com xəbər verir ki, Gənc Film İstehsalçıları Assosiasiyasına məxsus olan “Kinoinfo.az” kino xəbərləri saytı Kino Agentliyinə SMM xidmətləri göstərəcək və qarşılığnda 49 min 760 manat alacaq.

Məlumat üçün bildirək ki, “Kinoinfo.az” saytı bu ilin yanvar ayından fəaliyyət göstərir. Saytın domen adının Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Cabbarova məxsus olduğu bildirilir. Saytın ünvanı da Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə eyni ünvanda – “Bülbül 30” da yerləşir.

Bənzər yazılar

Back to top button