Mədəniyyət

Sərvər Əliyev ölkəni niyə tərk edib? (AÇIQLAMA)

İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev baş rejissor Sərvər Əliyevin Azərbaycandan getməsi ilə bağlı danışıb.

Direktor Qaynarinfo-ya açıqlamasında baş rejissorun Azərbaycanə tərk etməsi ilə bağlı məlumatı mətbuatdan oxuduğunu deyib:

“Baş rejissoru təyin etmək Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Onun əmrini direktor deyil, nazir verir. Sərvər müəllim işdən getməsi ilə bağlı mənə heç bir məlumat verməyib. Biz də mətbuatdan oxuduq ki, Dərbənd Teatrına işə düzəlib”.

İftixar Piriyev Sərvər Əliyevin baş rejissor vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı Mədəniyyət Nazirliyinə ünvanladığı müraciətlə bağlı da danışıb:

“Kimsə işdən çıxarılanda bizə bununla bağlı nazirlikdən əmr gəlir. Teatra belə bir əmr gəlməyib”.

Qeyd edək ki, Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Teatrının baş rejissoru Sərvər Əliyev ölkədən gedib. Rejissor Dərbənd Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışdığını bildirib.

Bənzər yazılar

Back to top button