Hadisə

FHN: “Qurtuluş 93”dəki qanunsuz tikili sökülür – Video

Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik. Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü bildirilmişdi.

Məsələ ilə bağlı FHN-dən Yeniavaz.com-a növbəti açıqlama verilib və artıq qanunsuz tikintinin sökülməsinə başlanıldığı bildirilib.

“Qeyd olunan əraziyə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilib və qüvvədə olan müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz tikilinin söküntüsünə başlanılıb”, – FHN-in məlumatında deyilir.

Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:

“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, – Nazirliyin məlumatında qeyd olunur.

Bənzər yazılar

Back to top button