Hadisə

Bakıda qadını DÖYƏ-DÖYƏ evindən çıxaran şirkət bu məmurun imiş – Açıqlama/Video

Bakıda gecə saatlarında qadın naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb. Daha sonra ekskavatorla hasarı və evi dağıdılıb, həyətindəki ağacları məhv olunub. Tribunainfo.az xalq.az-a istinadla məlumat verir ki, hadisə paytaxtın Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC-dir.
Sayt yazıb ki, “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur. Əlavə edək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Qeyd edək ki, “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

İlqar İsbatovun oğlu Aydın Aydınlının “Feniks-AA” MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-nin rəhbəri Aydın Aydınlıya verib. İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib.

Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Tural Qaslmov (ad soyadlı şərtidir) uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Məlumatda bildirilir ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə “İbrahim-Q” MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Lakin “İbrahim-Q” MTK Ə. Hüseynzadə 53 küç. binası tikilir, amma olay M. Muxtarov 145 küç. baş verib. Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatda qeyd olunub ki, Murtuza Muxtarov küçəsi, 145 ünvanında “FENIKS-AA” MMC lahiyəsi ilə inşa işləri aparılır.
Real TV hadisə zamanı evindən zorla çıxarıldığını deyən qadınla həmsöhbət olub. Ev sahibi Afət Quliyevanın sözlərinə görə, “İbrahim Q” MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:

“Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb”.

Məsələ ilə bağlı “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə də münasibət bildirib.

Bənzər yazılar

Back to top button