İdman

“Qarabağ”dan daha bir tarixi uğur: 4-cü dəfə Avroliqanın qrupunda

Bu gün Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz Bakıda Moldovanın “Şerif” klubunu qəbul edəcək.

Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidi.

Qeyd edək ki, bu komandalar ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələində qarşılaşıb. Bakıdakı ilk oyun 0:0 hesabı ilə yekunlaşıb, səfərdəki qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb. Həmin vaxt “Şerif”ə “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordin başçılıq edirdi.

“Qarabağ” indiyədək 3 dəfə – 2014/15, 2015/16 və 2016/17 Avropa Liqasının, 2017/18 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

30 avqust
Qarabağ (Azərbaycan) – Şerif (Moldova) 3:0
Qollar: Maksim Medvedov, 9. Donald Gerye, 42. Filip Ozobiç, 56.
Qarabağ: 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir (28. Con Delarj, 80), 19. Filip Ozobiç (91. Coşqun Diniyev, 82), 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak.
Baş məşqçi: Qurban Qurbanov.
Şerif: 33. Sergey Paşçenco, 4. Petru Raku (19. Antun Paliç, 55), 9. Jo Santos (7. Gerson Rodriges, 68), 15. Kristiano, 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K), 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk (45. Əl-Hacı Kamara, 26).
Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 8. Ceremi de Noyer, 14. Benjamin Balima, 35. Ante Kulişiç.
Baş məşqçi: Qoran Sabliç.
Sarı vərəqələr: Simeon Slavçev, 34 – Aleksandru Boyçuk, 24. Petru Raku, 31. Vladimir Kovaçeviç, 34. Jo Santos, 47. Mateo Suşiç, 83.
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya).
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bənzər yazılar

Back to top button