CəmiyyətDünya

Çin cəsusları bu yolla seçirmiş: ABŞ əks-kəşfiyyatından inanılmaz iddia

ABŞ əks-kəşfiyyatı Çinin cəsusları seçərkən “Linkedin” sosial şəbəkəsindən istifadə etdiyini irəli sürüb.

Qaynarinfo xəbər verir ki, bunu Reuters-ə müsahibəsində ABŞ Milli Əks-kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Evanina deyib. Onun sözlərinə görə, Çin kəşfiyyatı bu sosial şəbəkədə saxta hesablar yaradaraq hər hansısa bir hökumət təşkilatına və ya biznes məlumatlarına çıxışı olan amerikalı “Linkedin” istifadəçisinə müraciət edib.

Evanina bu yolla neçə amerikalı ilə əlaqə yaradıldığına və bunlardan neçəsinin işə götürüldüyünə dair əlavə məlumat verməyib.

Əks-kəşfiyyat İdarəsinin rəhbəri “Microsoft Corporation”un törəmə şirkəti olan “Linkedin”i sözügedən məsələ ilə bağlı hərəkətə keçməyə və bu barədə “Twitter,” “Facebook” və “Google”nin İran və Rusiya kəşfiyyatına aid saxta profilləri necə silindiyinə dair tutduğu yolu izləməyə çağırıb.

“Son vaxtlar “Twitter”in milyonlarla saxta hesabı sildiyinin şahidi oldum və düşünürəm ki, Linkedin də bunun bir parçası ola bilər”, – deyə o, bildirib.

Linkedin şirkətinin təhlükəsizlik üzrə direktoru Paul Rokvel bu barədə ABŞ rəsmilərilə görüşdüyünü təsdiqləyib. O, bu ayın əvvəllərində müxtəlif siyasi təşkilatlarla əlaqəsi olan “Linkedin” istifadəçilərilə 40-a qədər saxta hesabın əlaqə yaratmağa çalışdığını və həmin hesabların silindiyini bildirib. Lakin o, bu hesabların Çinə aid olub-olmadığına dair məlumat verməyib.

O, bunun qarşısını almaq üçün əllərindən gələni etdiklərini söyləyib.

Əks-kəşfiyyat İdarəsi rəhbəri “Linkedin”in qurban olduğunu deyib və onu da “Facebook”un ötən bahar konqres önündəki ifadə vermə taleyinin gözlədiyinə diqqət çəkib.

Çin Xarici İşlər Nazirliyi isə Evaninanın iddialarını təkzib edib:

“Sizinlə əlaqədar ABŞ rəsmilərinin bu qənaətə gəlmək üçün hansı dəlilləri təqdim etdiyini bilmirik. Söylədikləri tamamilə cəfəngiyyatdır”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Bənzər yazılar

Back to top button