İdman

“Kroos almandır, onu qərarını dəyişməyə məcbur etmək çətin işdir” – Ançelotti

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Toni Kroosun bu yay Almaniyada keçiriləcək Avropa çempionatından sonra karyerasını bitirmək qərarı barədə onunla danışdığını deyib.

Fanat.az xəbər verir ki, “Marca” italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:

“Biz Kroosla söhbət etdik. Əmin idi ki, karyerasını yüksək səviyyədə oynadığı vaxtda bitirmək doğru seçimdir. Hamı ideal şəkildə vidalaşmaq istəyər, amma formada olarkən qərar verə bilməyə cəsarət lazımdır. Fikri qətidir. Kroos almandır, onu qərarını dəyişməyə məcbur etmək çətin işdir. Danışarkən göz yaşları tökmədi. O, tam əmindir”

Bənzər yazılar

Back to top button