İdman

“Real” futbolçusuna qiymət qoydu – 624 milyon avro

İngiltərənin 3 böyük klubu “Real”ın futbolçusu İskoya elçi düşüb.

Fanat.Az “Daily Mirror”a istinadən xəbər verir ki, “Çelsi”, “Tottenhem” və “Mançester Siti” 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

İspan futbolçu yeni baş məşqçi Santyaqo Solarinin etimadını qazana bilmir. Təsadüfü deyil ki, o, Çempionlar Liqasının “Roma” matçının heyətinə daxil edilməmişdi.

Bu arada “Real”ın İskoya qoyduğu qiymət açıqlanıb. İddialara görə, futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsi 624 milyon avrodu.

Bənzər yazılar

Back to top button