Bizim seçimİqtisadiyyat

Həkimlərin maaşları nə qədər artacaq?

Dövlət səhiyyə sistemində çalışan həkimlərin məvaciblərinin son dərəcə aşağı olması hər kəsə məlum olan faktdır. Amma minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişilikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur”.

Aztoday.az xəbər veri ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

“Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-c idərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Məsələn, 2018-ci ildə 9-cu dərəcə ilə dövlət xəstəxanasında çalışan həkim 182 manata görə cəmi 7.6 manat gəlir vergisi+sosial sığorta ödəyirdi – xalis əmək haqqının gross maaşa nisbəti 96% idi. İndi isə 246 manat alan həmin 9-cu dərəcəli həkim 16 manat gəlir vergisi+sosial sığorta haqqı ödəyir – xalis əmək haqqının gross maaşa nisbəti 94%-ə enib”.

R.Ağayev daha sonra dövlət səhiyyə müəssislərində maaşların çox aşağı olması ilə yanaşı tibb heyəti arasında maaş fərqlərinin çox az olmasına diqqət çəkib:

“Məsələn, aşağı tibb heyəti 200-210 manat, orta tibb heyəti 220-240 manat, həkim heyəti isə 245-325 manat aralığında dəyişir”.

“Gerçəkdən də dövlət qulluğunda “zərf”də 1500-2000 manat maaşlar, özəl xəstəxanalarda 5000-10000 manat qazanc müqabilində dövlət səhiyyə sisteminin həkimlərinin durumu çox acınacaqlı görünür”-deyə Rövşən Ağayev bildirib.

Bənzər yazılar

Back to top button