Dünya
Türkiyə ordusu 2 şəhid verdi
![](https://aztoday.az/wp-content/uploads/2018/05/turkiye-sehid-verdi.jpg)
Türkiyənin Tunceli şəhərində əsgərlərlə PKK terrorçuları arasında silahlı qarşıdurma yaşanıb.
Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, hadisə zamanı 4 hərbçi yaralanıb. Tunceli Dövlət Xəstəxanasına yerləşdirən əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Ərazidə anti-terror əməliyyatı davam etdirilir.