İdman

Jezniçakın yeni klubu – “Neftçi” yox…

“Qarabağ”dan ayrılan Yakub Jezniçakın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin “Visla” klubunda davam etdirəcək. Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, “Visla” ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.

Xatırladaq ki, Jezniçakın “Neftçi”yə keçə biləcəyi iddia olunurdu.

Bənzər yazılar

Back to top button