Digər

“Həyatım təhlükədədir”

Siyasi səbəblərdən Azərbaycanı tərk edərək Almaniyaya sığınan jurnalst Rüzgar Mövsüm bu ölkədən deportasiya edilmək üzrədir.

Rüzgar Mövsum AzToday.Az-a açıqlamasında onu gözləyən təhlükələrdən danışıb.

Onun sözlərinə görə, Haqqın.az saytında dərc edilən (https://haqqin.az/news/105870) xəbər onu göstərir ki, hakimiyyət, təqiblərə görə Azərbaycandan qaçan azad jurnalsit Rüzgar Mövsümün hazırkı vəziyyəti, fəaliyyəti və harada olduğu barədə maraqlanmaqdadır və onun deportasiya edilməsini gözləyir:

“Bu xəbərin yayılması mənə bir daha sübut etdi ki, Azərbaycanda mənim azadlığım və həyatım təhlükədədir. Xüsusuilə də 1 il ərzində olan yazılarıma görə hakimiyyəti qıcıqlandırmışam. Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər ki, mənə etmədiklərini edəcəklər və yolumu gözləyirlər. Həyatım təhlükədədir. Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, hökumətyönümlü saytlar müstəqil jurnalist Rüzgar Mövsümün Almaniyadan deportasiya olunması barədə məlumat yayır. Bildirilir ki, onun fəaliyyəti araşdırılır.

“Haqqın.az” saytı da Almaniya mediasına istinadən Rüzgar Mövsümün deportasiya edilməsindən yazıb.

AzToday.Az

Bənzər yazılar

Back to top button