Hadisə

“Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın olub.

Qaynarinfo xəbər verir ki, yanğının söndürülməsinə FHN-in ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Bənzər yazılar

Back to top button