Mədəniyyət

Azərbaycanlı pərəstişkarı müğənniyə 100 min dollarlıq hədiyyə bağışladı (FOTO)

Türkiyənin məşhur müğənnisi Bülent Ersoya konsert zamanı bahalı hədiyyə verilib.

Qaynarinfo xəbər verir ki, Bostancı Mərkəzində səhnəyə çıxan müğənniyə Azərbaycandan gələn xanım pərəstişkarı 100 min dollar (170 min manat) dəyərində üzük verib.

Nigar adlı xanımın hədiyyə etdiyi üzüyün brilliant və saffirdən hazırlandığı deyilib. Üzüyü çox bəyəndiyini bildirən müğənni kinsert zamanı pərəstişkarına təşəkkür etməyidə unutmayıb.

B. Ersoy KİV-in hədiyyə ilə bağlı verilən suallarını cavablandırarkən bildirib ki, “Qiymətini demərəm. Amma mən bahalı hədiyyəyə dəymərəm? Bu üzük xeyli pul tutar. Çox bahalı bir hədiyyədir”.

Bənzər yazılar

Back to top button