Bizim seçimSiyasət

Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı – VİDEO

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri, 110 saylı Zaqatala dairə seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.

“Yeni Sabah” xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər.

Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.

Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

Həmin görüntüləri təqdim edirik:

https://youtu.be/MqKg4G9Uw1E

Bənzər yazılar

Back to top button