Cəmiyyət

Qırğızıstanda İlham Əliyevə hədiyyə edilən kitab nələrdən bəhs edir? – Foto

Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Qırğızıstan Prezidenti Sadır Japarov ona “Qırğızlar” haqqında kitab hədiyyə edib.

Yeniavaz.com xəbər verir ki, kitabda qırğızların adət-ənənələri, tarixi, dahi şəxsiyyətləri haqqında məlumat toplanıb.

Kitabın Çingiz Aytmatov haqqında hissəsində yazıçının Bakıya səfəri barədə belə yazılıb:

“Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda “Çıngiz Aytmatov” ili elan olunmuşdu. Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bakıda keçirilib. Bakıda keçirilən yubiley mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatovu qəbul edib, onu “Dostluq” ordeni ilə təltif edib”.

Qeyd edək ki, kitabın müəllifi Kanıbek İmanaliyevdir. Kitabı Azərbaycan dilinə Munisə Dadaşqızı tərcümə edib, redaktoru Vəli Əkbərdir.

Bənzər yazılar

Back to top button