İdman

“Bu lənətəgəlmiş Sarri nəyə lazımdır?”

“Yuventus”un baş məşqçisi Mourisio Sarri “Barselona”nın kapitanı Lionel Messinin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun keçidi haqda heç bir məlumat verə bilməyəcəyini deyib:

“Siz məndən Messi ilə bağlı soruşursunuz. Hansı cavabı versəm, yenə də yersiz olacaq. Çünki mən “Barselona”nın idarə heyətinin üzvü deyiləm. Olsaydım, deyərdim ki, bu lənətəgəlmiş Sarri nəyə lazımdır?”

Bənzər yazılar

Back to top button