Dünya

Müxalif liderinin dayısı ölkəyə partlayıcı keçirmək istəyərkən saxlanıldı

Venesuelanın müxalifət lideri Xuan Quaydonun dayısı Xose Markes ölkəyə partlayıcı maddə keçirmək istəyərkən saxlanılıb.

Qaynarinfo Tass-a istinadən xəbər verir ki, bu barədə Boliviya Respublikasının Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo açıqlama verib. Onun sözlərinə görə, Markes taktiki fənərlər aparırmış. Fənərin batareya yerində partlayıcı tərkibli maddələr, ehtimal ki, sintetik partlayıcı olan C4 aşkar edilib.

Bundan əlavə onun üzərində fləşkard da taplıb. Burada müxalifət lideri Quaydoya ingilis dilind təlimatlar olduğu iddia edilir. Lakin təhlükəsizlik səbəbindən faylın təfərrüatları açıqlanmayıb.

Bənzər yazılar

Back to top button