Siyasət

Rauf Arifoğlu aqoniyası: Baş redaktor Fəzail Ağamalı, Hafiz Hacıyev rolunda

9 fevral Parlament seçkilərinin növbədənkənar və təcili keçirilməsi ilə bağlı bu gün belə fərqli analizlər irəli sürülür. “Bu seçki nəyə lazımdır? “ “Hakimiyyətin istəyi nədir?” “Buraxılan parlamentin böyük əksəriyyəti niyə yenidən mandat aldı?” kimi haqlı suallar ortaya çıxır. Bu suallara tam dəqiqliyi ilə cavab vermək iddiasında deyilik. Amma son proseslərin göstərdiyi bir həqiqət var ki, bu da hakimiyyətin “kim mənə hara qədər və nə qədər sadiqdir?” sınağını da keçirtdiyini düşünməyə əsas verir. Məsələn, Fəzail Ağamalının mandat almama ehtimalına qarşı “parlamenti tam yeniləmək ölkədə üsyana səbəb ola bilər” fikri bəzilərinin nəinki küsəcəyini, hətta üsyana qalxacağını göstərdi.

Bu sırada xüsusi diqqət çəkən şəxslərdən biri isə qlib elan olunsa da nəticələri ləğv edilən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun son günlər verdiyi açıqlamalardır. İllər boyu seçkilərin demokratikliyindən, hakimiyyətin uğurlu daxili siyasətindən və müxalifətin fiaskosundan danışan R.Arifoğlu sətiraltı müxalifətçilik mesajları verir. Seçkidən sonra qələbə eyforiyası ilə hətta “dairənin ləğv edin yenidən qatılıb, yenidən qalib gələrəm” bəyanatı verən baş redoktor son status və müsahibələrində tam aqoniya vəziyyətində olduğunu göstərir. Dairənin nəticələrinin ləğvindən sonra onun fikirlərinə nəzər yetirsək bu fikirlərin yalnız bir məqsədə-hakimiyyəti şantaj və təhdid etməyə yönəldiyini görərik. Məzahir Pənahovun eç vaxt demokrat olmadığını, hakimiyyətin atmasferə salındığını deməklə, son iki gündə Müsavat.tv-nin efirində sərt müxalif mövqeli insanları danışdırmaqla R.Arifoğlu əslində “mən yenə də sizə qarşı ola bilərəm” hədəsini göstərir. Onun seçki ilə bağlı fikirlərində dolayısı ilə ölkədə normal seçki keçirilmədiyi fikri aşılanır və ictimaiyyətə məlumat verir ki, Cəmil Həsənlinin siyahısl doğru idi, 35-ci dairədə İqbal Ağazadənin adı yox idi, ordan deputat özü olmalı idi. Bütün bunların da keçərli olmadığını görən yazar sonuncu açıqlamalarında Hafiz Hacıyev üsulundan istifadə edib. Xatırlayırsınızsa, seçki dönəmində Hafiz Hacıyev “istəyirsiniz açım deyim kimləri söyməyi mənə sifariş etmisiniz” bəyanatı ilə müəyyən dairələri narahat etdi və sonrakı susqunluğu onu göstərdi ki məqsədinə nail oldu. İndi də Fəzail Ağamalı üsulu işə yaramadıqda Hafiz Hacıyev variantını seçən R.Arifoğlu kimlərəsə açıq şantaj mesajları göndərir. Məsələn müsahibələrinin birində RşArifoğlu deyir ki, mən İqbal Ağazadəni məlumatım əsasında xəbərdar etmişdim ki, Ümid partiyasından heç kimi milli məclisə buraxmayacaqlar. Bu nə mesajdır? Bu məlumat baş redaktorda hardandı? Hakimiyyət gerçəkdənmi Rauf Arifoğluna kimin parlamentə buraxılacağını əvvəlcədən deyib? Lap hakim komandada hansısa yüksək çinli bir şəxs bu fikri R.Arifoğlu ilə söhbətdə işlədibsə indi bunu ictimailəşdirməkdə məqsəd nədir? Rauf Aeifoğlu bunu deməklə onunla görüşən iqtidar nümayəndəsini şantajmı edir? Digər söhbətləri də aça biləcəyini deməklə təkrar seçkilərdə imandatını təmin etmək istəyir? Hakimiyyət daha çox partiyanın seçkidə iştirakınl istədiyi halda Rauf Arifoğlunun Ümid partiyasına parlamentin qapılarının bağlandığını deməklə nəyə nail olmaq istəyir: İqbal Ağazadəni və komandasını radikallaşdıraraq hakimiyyətin qəzəbinə gətirmək, yoxsa hakimiyyətin islahatlar projesinin süni görüntü olduğunu cəmiyyətə açmaq? Maraqlıdır ki, bu fikirləri deyən R.Arifoğlu eyni zamanda ər zaman tənqid etdiyi Əli Kərimli və Arif Hacılını müsahibəsində tərifləyir. Bununla da həm “mən yenidən bu qüvvələrlə birləşərəm” təhdidi verilir, həm də onu istiqamətləndirən və mandat söz verən qüvvələrin radikal müxalifətlə birgə olması informasiyası ötürülərək ələ verilir.

Şahin Əhmədov,
Siam.az

Bənzər yazılar

Back to top button