Dünya

Ərdoğandan Aİ-yə ağır ittihamlar: artıq 1 milyard avronuzu da istəmirik

“Söz vermişdiniz ki 6 milyard avronu Türkiyəyə verəcəksiniz. Bunu verdilərmi? Xeyr. İndi də sizə 1 avro verəcəyik deyirlər. Kimi aldadırsınız? Biz artıq bu pulu da istəmirik”.

Qaynarinfo xəbər verir ki, belə bir açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan çıxış edib. O, Avropa İttifaqından Türkiyənin suridyalı qaçqınlara ev sahibliyi etdiyi üçün təklif etdikləri pulun artıq onlara ehtiyac olmadığını söyləyib.

“4milyarddan çox miqranta 9 ildir ev sahibliyi edən Türkiyənin vəziyyətini təəssüf ki, Aİ-yə üzv olan ölkələr və bütün dünya anlamayıb. Aİ ortaq yük paylaşımına bizimlə bərabər dəstək verməyəcəyi təqdirdə qapıları açmaq məcburiyyətində qalacağımızı bildirmişdik. Biz Türkiyə ilə Aİ arasındakı razılaşmaya əsasən öhdəliklərimizi yerinə yetirdik. Əfsus ki, gözləntilərimiz nəticəsiz qaldı”, – deyə Türkiyə Prezidenti bildirib.

Bənzər yazılar

Back to top button