Cəmiyyət

Prezident Roşha-Sana bayramı münasibətilə yəhudi icmasına təbrik ünvanlayıb

Prezident İlham Əliyev yeni il bayramı -Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

Prezident təbrikində Azərbaycanı tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətlərinin hökm sürdüyü məkan kimi dəyrləndirir.

“Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir”, Prezient bildirir.

Roş ha-Şana –nı yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramı kimi dəyərləndirən Prezident bu əziz gün münasibətilə bir daha icmaya səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, firavanlıq, xeyir-bərəkət arzulayır

Bənzər yazılar

Back to top button