AnalitikaCəmiyyətGündəm

Koronavirus bədənə belə yayılır – Niyə bəzi xəstələr ölür, bəziləri sağalır?

Dekabr ayında Çinin Uhan əyalətində başlayan koronavirus pandemiyası sürətlə yayılmaqda davam edir.

“MediaPost” xəbər verir ki, virus səbəbilə ümumilikdə 6 min 500-ə yaxın insan həyatını itirib.

Bəs virus bədənə necə yayılır? Niyə bəzi insanlar ölür, bəziləri sağalır?

İnkubasiya dövrü

Bu, virusun bədənə keçdiyi dövrdür. Virus əvvəlcə bədənə yerləşir, daha sonra bir çox orqanlara təsir göstərir. Rəsmi adı Sars-CoV-2 olan koronavirus nəfəslə (yaxınımızdakı adamın öskürməsi ilə) ya da virusun keçdiyi hər hansısa səth və ya əlimizlə üzümüzə təmas etməklə keçir.

Virus əvvəlcə boğaza, nəfəs yollarına və ağciyərə yayılır. Mütəxəssislərin dediyinə görə, bu üzvlər qısa müddətdə “koronavirus fabriki”nə çevrilir. Burada özünə yer edən virus digər üzvlərə də yayılmağa başlayır. Erkən mərhələdə xəstəlik əlamətlərini göstərmir. Lakin insanların orqanizmi fərqli olduğu üçün hər kəsdə virusun ilk əlamətləri özünü fərqli şəkildə göstərə bilər.

Koronavirusu yüngül keçirənlər

Bu qrupa daha çox insan daxildir. 10 nəfərdən 8-i xəstəliyi yüngül keçirir. Ortaq simptomlar öskürək və qızdırmadır. Bundan əlavə, bədəndə əzginlik, boğaz və baş ağrıları da görülür. Qızdırma bədənimizin immunitet sisteminin infeksiyaya təsirindən qaynaqlanır. İmmunitet sistemi sitokin adlı maddə ifraz edərək digər orqanlara siqnal verir. Bu zaman ağrı və qızdırmanın olması normaldır. Koronavirusa yoluxan xəstələrdə quru öskürək olur. Bunun səbəbi yoluxmuş hüceyrələrin qıcıqlanmasıdır. Bu əlamətlər yataq rejimi, bol miqdarda su və parasitamol qəbulu ilə aradan qalxa bilər. Bunun üçün dərhal xəstəxanaya getmək lazım deyil.

Bu mərhələ təxminən bir həftə çəkir. Bəzi insanların immunitet sistemi güclü olduğu üçün xəstəliyə qalib gəlir. Lakin immun sistemi güclü olmayan insanlarda xəstəliyin müddəti uzana bilir.

Koronavirusu ağır keçirənlər

İmmunitet sistemi virusa həddindən artıq reaksiya versə, xəstəlik qalıcılığını qoruyur. Bədənə göndərilən kimyəvi siqnallar iltihaba səbəb olur. Bu siqnalları dəqiq şəkildə balanslaşdırmaq lazımdır. Həddindən artıq iltihab bütün bədənə zərər verir.

Londonda “King’s College” Universitetinin professoru Natalia Makdermot bildirib ki, virus immunitet sisteminin reaksiyasında balanssızlıq yaradır və bədəndə həddindən artıq iltihablaşma başlayır. O əlavə edib ki, bu prosesin necə baş veridiyini hələ ki, aydınlaşdıra bilməyiblər.

Ağızdan girən virus nəfəs borusundan ağciyərlərə keçərək orada kiçik hava kəsəcikləri yaradır. Qana oksigen qarışdıqda, çölə karbon qazı çıxır. Amma qripdə bu kəsəciklərin içərisi su ilə dolur və nəfəs almaqda çətinlik yaranır.

Koronavirusu kritik keçirənlər

Koronavirusa yoluxanların 6/100 (yüzdə altısı) xəstəliyi bu səviyyədə keçirir. Sözügedən məhələdə bədən öz funksiyalarını yerinə gətirməməyə başlayır və ölüm riski ortaya çıxır. Bundan sonra immun sistemi nəzarətdən çıxır, bütün bədənə zərər verməyə başlayır.

Qan təzyiqi təhlükəli səviyyəyə çatanda ya da orqanlar öz fəaliyyətini yerinə yetirmədikdə insan septiki şok (nəfəsalma dayanır – “MediaPost”) keçirə bilər. Ağciyərlərdə həddindən artıq iltihablaşma nəticəsində yaranan kəskin tənəffüs çatışmazlığı sindromunda orqanizm yaşamaq üçün lazım olduğu qədər oksigen ala bilmir. Bunun nəticəsində böyrəklər qanı lazımi səviyyədə təmizləyə bilmir və bağırsaq çəpərləri zərər görür. Əgər immunitet sistemi virusa qalib gələ bilmirsə, virus bədənin hər yerinə yayılır və zərərləri daha böyük olur. Nəticədə insanın müdafiə gücü qalmır və ölür.

Bənzər yazılar

Back to top button