Bizim seçimDünyaGündəmSiyasət

70 min Ermənistan vətəndaşından heç biri Türkiyədən qayıtmaq istəmədi

Qonşu ölkədə qaçaq şəkildə işləyən və yaşayan ermənilər türkü vəhşi hesab edən Ermənistan rəhbərliyini biabır etdi

Dünya koronavirus pandemiyası mübarizə apardığı bir dövrdə başı referenduma qarışan Nikol Paşinyanın etinasız yanaşması nəticəsində Ermənistanda bu virusa yoluxanlarln sayı qonşu dövlətlərə nisbətən daha da artır. Martın 16-da ölkədə fövqəladə vəziyyət elan olunduğu üçün 5 aprel referendumunun da təxirə salınması özü ilə mövcud hökumətə qarşı yeni tənqidlərin ortaya çıxamasına səbəb olub.

AzToday.az xəbər verir ki, Ermənistan mətbuatında “Ermənistan səhiyyəsi komada” kimi sərlövhəli yazlara rast gəlmək olur. Mediada sual olunur ki, Ermənistanın regionunin ən kiçik əhaliyə malik ölkəsi olmasına baxmayaraq, ölkədə COVID-19 koronavirusuna yoluxanların sayına görə digər ölkələri qabaqlamasının səbəbi nədir? Qeyd olunur ki, bu günə qədər ölkədə 115 xəstə qeydə alınıb. Amma xarici turistlərin dəfələrlə çox olmasına baxmayaraq, Gürcüstanda cəmi 40 nəfər, Azərbaycanda isə 27 nəfərdə bu xəstəliyə yoluxma təsbit edilib.

Erməni mətbuatının yazdığına görə, buna səbəb, ilk növbədə, Ermənistan Səhiyyə Nazirliyinin ciddi tədbirlər görməkdə gecikməsidir. İkincisi, səhiyyə sektoru pandemiyaya hazır deyildi. Baxmayaraq ki, fevralın sonundan etibarən Ermənistan Müdafiə Nazirliyi çox səs-küy olmadan, hərbi hissələrə giriş və çıxışları məhdudlaşdırdı, çox vaxtında tədbir görərək ordunu “vətəndaş” dan təcrid etdi. Orduda görülən tədbirlərin nə qədər təsirli olacağını söyləmək çətindir.

Erməni jurnalistlər haqlı olaraq N.Paşinyanın vədlərinin puça çıxdığı bir dövrdə bəzi qonşular tərəfindən (Azərbaycan və Türkiyə nəzərdə tutulur) açıq şəkildə təhlükə olduğunu xatırladır və sual edirlər: Əgər sabah bizə hücum etsələr, vaxtında tibbi yardımı kim və necə təşkil edəcəkdir? Müharibə vəziyyətində mülki vətəndaşlara vaxtında və peşəkar tibbi yardım göstəriləcəyinə kim zəmanət verəcək?

Erməni mediasında yer alan xəbərlərdə qeyd olunur ki, koronavirusla mübarizə nümunəsində təkcə ölkədə yaşayan ermənilər yox, müəyyən səbəblərdən xaricdə yaşayan ermənilərin özləri də artıq yerli tibbə açıq inamsızlıq nümayiş etdirirlər. Məsələn, İtaliyadakı 150 Ermənistan vətəndaşının əksəriyyəti vətənlərinə qayıtmamaq qərarına gəliblər. Səbəb? Sadəcə insanlar sadəcə öz sağlamlıqlarına erməni səhiyyəsinə etibar etmirlər. Belə ki, ermənilərin koronavirusdan ən çox əziyyət çəkən ölkə olan İtaliyada qalmağı seçməsinin Ermənistanda vəziyyətin daha da acınacaqlı olmasının göstəricisi hesab etmək olar.

Ermənistan mətbuatı təəssüf hissi ilə yazır ki, hətta Ermənistanda hakimiyyətin və bir çoxlarının özlərinə düşmən hesab etdiyi Türkiyədə olan ermənilər də vətənlərinə dönmək istəmirlər. bu barədə rəsmi şəkildə Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan etiraf edib. A.Nağdalyana görə, Ermənistanın Türkiyədə diplomatik nümayəndəliyi olmadığı üçün Ermənistan vətəndaşlarına onların təxliyə üçün qaynar xəttə zəng edə və ya Xarici İşlər Nazirliyinin elektron poçt ünvanına yaza biləcəkləri barədə müraciət olunsa da, Trükiyədə yaşayan heç bir erməni buna reaksiya verməyib. Yəni heç bir Ermənistan vətəndaşı Türkiyədən öz ölkəsinə qayıtmaq istəmədi. Beləliklə, qonşu ölkə qaçaq şəkildə işləyən və yaşayan ermənilər türkü vəhşi hesab edən Ermənistan rəhbərliyini biabır etdi.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə heç bir diplomatik münasibəti olmayan 70 minə yaxın Ermənistan vətəndaşının bu ölkədə işləmək üçün qaçaq şəkildə yaşadığını vurğulayıb. Ermənilərin bu ölkəyə və türklərə münasibətlərinə baxmayaraq, Türkiyə rəhbrəliyi böyük humanistlik göstərib həmin erməniləri deportasiya etmir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button