Hadisə

Karantində bərbərxana işlədən şəxs cəzalandırıldı

Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-dən verilən məlumata görə, həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə Polis Şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.

Bənzər yazılar

Back to top button