CəmiyyətDünya

Vaksin hazırlamaq üçün ABŞ-dan koronavirus ştammı gətirildi

Koronavirusun yayılmasının qarşısını almaq üçün bir Rusiya şirkəti araşdırma aparmaq və vaksin hazırlamaq üçün ABŞ-dan Rusiyaya virus hissəciklərini idxal edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Tomsk Gömrük İdarəsinin bir Rusiya şirkətinin ABŞ-dan gətirdiyi koronavirus ştammı ilə əlaqədar bəyannaməsində məlumat yer alıb. İdarə şirkətin adını açıqlamayıb.

Gömrükdə bildirilib ki, virus hissəcikləri 23×0,6 mm və çəkisi 88 q olan bir şüşə içərisinə gətirilib. Daşınma və saxlama üçün 2-8 dərəcə istilik tələb olunduğuna görə nümunə soyuq elementləri olan bir termokonteynerdə yerləşdirilib.

Bənzər yazılar

Back to top button