Dünya

ABŞ-dan Kim Çenlə bağlı açıqlama: “Xəbərimiz yoxdur!”

ABŞ hakimiyyəti Şimali Koreya lideri Kim Çen İnin səhhətinin pisləşməsi barədə informasiyanı diqqətlə izləyir, lakin hələlik bu barədə dəqiq məlumata malik deyil.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen deyib.

“Biz məlumatları diqqətlə izləyirik. Şimali Koreya çox qapalı ölkədir, orada azad mətbuat yoxdur. Onlar bir çox məsələ, o cümlədən Kim Çen İnin səhhəti barədə məlumat verməkdən yayınır”, – deyə Obrayen bildirib.

Qeyd edək ki, CNN Birləşmiş Ştatların keçirdiyi cərrahiyyə əməliyyatdan sonra Kim Çen İnin səhhətinin pisləşməsi barədə kəşfiyyat məlumatlarını tədqiq etdiyi barədə xəbər yaymışdı. (Axar.az)

Bənzər yazılar

Back to top button